Tanınmış vəkilin məmur qardaşı vəfat etdi

 Tanınmış vəkilin məmur qardaşı vəfat etdi

Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşı vəfat edib.

Asayis.az Unikal.az-a istinadla xəbər verir ki, 1984-cü il təvəllüdlü Emin İsa oğlu Babayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

O, icra Hakimiyyətində böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi idi.

Qeyd edək ki, o, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, vəkil Vüqar Babayevin qardaşıdır.

12:02 - 26 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin