“Hunday” yük maşını ilə toqquşdu: ölən var - Foto

 “Hunday” yük maşını ilə toqquşdu: ölən var - Foto

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az Azərtac-a istinadla xəbər verir ki, Gəndob-Yalama yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində yük avtomobili ilə "Hunday" markalı minik maşını toqquşub.

Hadisə zamanı minlik avtomobilində olan sərnişin ölüb, sürücü isə ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

11:56 - 26 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin