9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya

 9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya

Daxili İşlər Nazirliyi Bakının Nizami rayonunda azyaşlının ögey anası tərəfindən zorakılığa məruz qalması faktı ilə bağlı araşdırmalara başlayıb.

Asayis.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfilli məlumat verib.

Qeyd edək ki, sosial şəbəkədə Bakının Nizami rayonunda 9 yaşlı Ə. M. İlqar qızının ögey anası Ülkər tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.

11:34 - 25 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin