Azərbaycanda nikahdan kənar doğulan uşaqların sayı...

 Azərbaycanda nikahdan kənar doğulan uşaqların sayı...

Rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb.

Asayis.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən il (2025-ci ildə) qeyri-rəsmi nikahlardan doğulan uşaqların sayı 11 min 626 nəfər təşkil edib.

Vurğulanıb ki, 2024-cü ildə bu göstərici 13 min 228 olub. Beləliklə, cəmi bir il ərzində rəsmi nikahdan kənar doğulan uşaqların sayında 1 602 nəfərlik azalma qeydə alınıb.

15:24 - 25 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin