Şəhid anası Maya Quliyeva ali məktəbə qəbul olub.
Asayis.az xəbər verir ki, şəhid Xalid Hassanın anası Maya Quliyeva Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olub.
O bundan öncə kollecdə təhsil alıb.
Şəhid anasının bu uğuru sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Xalid Mahmud oğlu Hassan - İkinci Qarabağ müharibəsində şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və digər medallarla təltif edilib.
