Elxan Mütəllimov departament müdiri təyin edildi

 Elxan Mütəllimov departament müdiri təyin edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyində yeni təyinat olub.

Asayis.az xəbər verir ki, Elxan Elman oğlu Mütəllimov Agentliyin Satınalmalar və təminat departamentinin müdiri vəzifəsinə təyin edilib.

E. Mütəllimov Azərbaycan Memarlıq və İnşaat Universitetində "Menecment" ixtisası üzrə bakalavr, Azərbaycan Kooperasiya Universitetində isə "Maliyyə bazarları" ixtisası üzrə magistr təhsili alıb.

O, əmək fəaliyyətinə 2015-ci ildə bank sektorunda başlayıb. E. Mütəllimov 2018–2022-ci illərdə özəl sektorda, 2022–2023-cü illərdə DOST Agentliyində, 2023–2026-cı illərdə isə Sosial Xidmətlər Agentliyində çalışıb.

20:56 - 25 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin