Yanacaqdoldurma məntəqəsində yanğın: xəsarət alan var

 Yanacaqdoldurma məntəqəsində yanğın: xəsarət alan var

Yevlaxda yanacaqdoldurma məntəqəsində yanğın baş verib.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə TOT Oil yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

Belə ki, “Toyota Korolla” markalı, 77 FE 478 dövlət qeydiyyat nişanlı minik avtomobilinə yanacaq doldurularkən maşının yanacaq çənində yanğın baş verib.

Yanğın nəticəsində avtomobilin yanar hissələri və yük yerində olan 8 ədəd 20 litrlik plastik və dəmir qabda yanacaq yanıb. Yüksək temperaturun təsirindən yanacaqpaylayıcı kalonkanın idarəetmə lövhəsi qarsalanıb.

Hadisə zamanı avtomobilin sürücüsü yanıq xəsarəti alıb və təcili tibbi yardım briqadasına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

12:20 - 25 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin