Yevlaxda avtomobilin motosikletlə toqquşması nəticəsində 1 nəfər ölüb.
"Report" xəbər verir ki, 2005-ci il təvəllüdlü Yevlax rayon sakini Nazim Nail oğlu İsayev etibarnamə ilə idarə etdiyi VAZ-2106 markalı avtomobillə Yevlax şəhəri, Füzuli küçəsi ilə hərəkətdə olan zaman 1954-cü il təvəllüdlü Yevlax şəhər sakini Mahmud Talıb oğlu Kərimovun idarə etdiyi "Muravey" markalı motosikletlə toqquşub.
Nəticədə motosikletin sürücüsü Mahmud Kərimov beyin silkələnməsi və kəllə sümüyünün sınığı xəsarətləri alaraq xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
