Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Asayis.az xəbər verir ki, Pərviz Salman oğlu Rəsulov idarə etdiyi "Toyota Kəmri" markalı avtomobillə Xətai rayonu, Yusif Səfərov küçəsində 1994-cü il təvəllüdlü Samir Qeys oğlu Əlizadəni vuraraq xəsarət yetirib.
Nəticədə piyada Samir Əlizadə aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
