Bu ekspres avtobuslara 2-ci validator quraşdırılır

 Bu ekspres avtobuslara 2-ci validator quraşdırılır

Metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları arasında fəaliyyət göstərən M1 nömrəli ekspres marşrutunda yenilik tətbiq edilir.

Asayis.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, avtobuslara sərnişinlərin minməsi prosesini sürətləndirmək və gözləmə müddətini azaltmaq məqsədilə nəqliyyat vasitələrinə ikinci oxuma cihazının (validatorların) quraşdırılmasına başlanılıb. Bununla da sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil ola bilərlər.

14:38 - 24 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin