Bakıda 32 yaşlı kişi faciəvi şəkildə öldü

 Bakıda 32 yaşlı kişi faciəvi şəkildə öldü

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Asayis.az xəbər verir ki, Pərviz Salman oğlu Rəsulov idarə etdiyi "Toyota Kəmri" markalı avtomobillə Xətai rayonu, Yusif Səfərov küçəsində 1994-cü il təvəllüdlü Samir Qeys oğlu Əlizadəni vuraraq xəsarət yetirib.

Nəticədə piyada Samir Əlizadə aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

09:42 - 25 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin