Bakının bu rayonunda qaz olmayacaq

 Bakının bu rayonunda qaz olmayacaq

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq.

Bu barədə Asayis.az-a "Azəriqaz"dan məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək rayonun Şuşa şəhərciyinin, Sosial binaların, S.Xudiyev və Ş. Rustavelli küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

09:50 - 25 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin