Ölkənin ilk rəqəmsal bankı Birbank sahibkarların maliyyə əlçatanlığını daha da artırır. Belə ki, kiçik və orta biznes adamları Mikro biznes krediti əldə etmək üçün indi həm Birbank, həm də Birbank Biznes mobil tətbiqindən müraciət edə bilərlər. Beləliklə, sahibkarlar biznesləri üçün əlavə vəsaitə ehtiyac duyduqda iki tətbiqdən istədiklərini seçmək rahatlığına malikdirlər.
Kredit müraciətinin bütün mərhələləri rəqəmsal şəkildə həyata keçirilir və 50 000 AZN-dək Mikro biznes krediti tam onlayn şəkildə rəsmiləşdirilir. Kredit üçün banka və ya filiala getməyə, zamin və girov təqdim etməyə ehtiyac yoxdur. Müraciət zamanı sənəd təqdim edilməsi də tələb olunmur. Dəyərləndirilmə biznesə baxış keçirilmədən aparılır və kredit müraciti bankın mövcud kredit siyasəti, eləcə də risk qiymətləndirməsi əsasında həyata keçirilir. Həmçinin, kredit sənədləri tətbiq daxilində elektron qaydada imzalanır. Müraciət təsdiqləndikdən sonra kredit vəsaiti sahibkarın hesabına köçürülür.
Mikro biznes kreditindən yararlanmaq üçün sahibkarın VÖEN-i və ya Kapital Bank-da AZN valyutalı sahibkar hesabı olması yetərlidir. Hesabı olmayan sahibkarlar Birbank Biznes tətbiqindən rahatlıqla hesab aça bilərlər.
Ətraflı məlumat üçün: www.b-b.az/BiznesB
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
