Kişi arvadı və 17 yaşlı oğlunu bıçaqladı

 Kişi arvadı və 17 yaşlı oğlunu bıçaqladı

Ağdaşda kişi arvadını və oğlunu bıçaqlayıb.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.

1967-ci il təvəllüdlü Arzu Əhmədov münaqişə zəminində həyat yoldaşı Aygün Əhmədovaya və 17 yaşlı oğlu F.Əhmədova bıçaq xəsarəti yetirib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində araşdırma başlanılıb.

11:04 - 24 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin