Kəmaləddin Heydərov Kəlbəcərdə sakinlərlə görüşəcək

 Kəmaləddin Heydərov Kəlbəcərdə sakinlərlə görüşəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 28 avqustada Kəlbəcər və Laçın rayonları sakinlərinin qəbul edəcək.

Bu barədə Asayis.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbula gələn vətəndaşların qeydiyyatı 27 avqust 2026-cı il tarixində Kəlbəcər şəhər 1 №-li tam orta məktəbin binasında saat 09:00-da başlayacaqdır.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

12:08 - 26 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin