Qadın maşını aşırdı: 7 nəfər xəsarət aldı - Video

 Qadın maşını aşırdı: 7 nəfər xəsarət aldı - Video

Oğuz rayonunda avtomobil aşıb.

Asayis.az Report-a istinadla xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.

"Mersedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü 37 yaşlı Aybəniz Sadıqova, sərnişinlər - 66 yaşlı Mirvari Balammədova, Arzu Əliyev (65), Ramiz Balammədov (71), Nərmin (13), Nərgiz (10) və Nuran (2) Sadıqovalar xəsarət alıb.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

14:18 - 25 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin