Tovuzda ər həyat yoldaşını boğaz nahiyəsindən bıçaqlayıb.
Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb.
2006-cı il təvəllüdlü Rufanə Nəbiyeva bıçaq xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, 20 yaşlı qadını həyat yoldaşı Nəbi Nəbiyev törədib. Onlar yeni ailə həyatı qurublarmış.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma başlanılıb.
