Yaşayış minimumu və ehtiyac meyarının məbləği artırıldı

 Yaşayış minimumu və ehtiyac meyarının məbləği artırıldı

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb.

Asayis.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:

"Yaşayış minimumu və ehtiyac meyarının yuxarı həddi cariilki məbləğdən 14 manat artacaq. Artıq dörd ildir ehtiyac meyarı yaşayış minimumuna bərabərləşib və belə davam edir. Bu, yaxşı göstəricidir".

Qeyd edək ki, bundan əvvəl yaşayış minimumu və ehtiyac meyarının məbləği 300 manat olub.

13:54 - 28 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin