Azərbaycanda bu milli parkların mühafizə zonaları təsdiqləndi

 Azərbaycanda bu milli parkların mühafizə zonaları təsdiqləndi

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.

Asayis.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

18:24 - 26 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin