Restorandakı qətllə bağlı 2 nəfər barəsində qərar

 Restorandakı qətllə bağlı 2 nəfər barəsində qərar

Bakının Xətai rayonunda restoranda baş verən insident nəticəsində qətl törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Asayis.az APA-ya istinadən xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

18:28 - 26 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin