Penitensiar Xidmətin yeni rəisi kimdir?

 Penitensiar Xidmətin yeni rəisi kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib və onun yerinə bu vəzifəyə Sahib Cəlil oğlu Rzayev təyin edilib.

Asayis.az xəbər verir ki, S.Rzayev 1977-ci ildə anadan olub.

2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini, 2011-ci ildə isə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə əlavə təhsili fərqlənmə ilə bitirib.

2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb. 2025-ci ilin yanvar ayından hazırkı təyinatına qədər Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləyib.

13:12 - 27 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin