Daha bir azərbaycanlı müharibədə öldü

 Daha bir azərbaycanlı müharibədə öldü

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak olub.

Asayis.az lent.az-a istinadla xəbər verir ki, Zaqatala şəhər sakini, 39 yaşlı İlham Nəriman oğlu Mirzəyev Rusiya ordusunun tərkibində Ukraynaya qarşı vuruşurmuş.

İ.Mirzəyev döyüşlərdə yaralanaraq həyatını itirib.

Onun nəşi oktybarın 24-ü rayona gətirilərək dəfn olunub.

İ.Mirzəyevin evli və iki uşaq atası olduğu bildirilir.

17:40 - 27 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin