Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama

 Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil edib.

Asayis.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 9,5 faiz artıb.

Ödəniş kartlarında debet kartlarının sayı 11 faiz artıb, kredit kartlarının sayı isə 3,9 faiz azalıb.

12:02 - 27 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin