"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur

"Global Media" şirkətlər qrupuna daxil olan Report İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 12 il ötür.

Asayis.az xəbər verir ki, Report onlayn media məkanında fəaliyyətə 2014-cü ildə başlayıb.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən agentlik ötən 12 il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

İlk gündən eksklüziv xəbərlərə üstünlük verən agentlik bütün yerli saytlar üçün etibarlı istinad mənbəyinə çevrilib. Hazırda agentliyin özəl xəbərlərini gün ərzində çoxlu sayda yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir.

Agentliyin yaydığı məlumatda bildirilir ki, yerli bürolarla yanaşı, Report-un Türkiyə, ABŞ, Fransa, Gürcüstan, Ukrayna, Rusiya və Qazaxıstanda, həmçinin Avropa Birliyi ölkələri və Balkan ölkələri üzrə fəaliyyət göstərən xüsusi büroları da fəaliyyət göstərir.

Asayis.az olaraq həmkarlarımızı təbrik edir, daha böyük uğurlar arzulayırıq.

11:28 - 27 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin