Azərbaycan Məkkə konvensiyasına qoşulacaq

 Azərbaycan Məkkə konvensiyasına qoşulacaq

Azərbaycan hüquq-mühafizə orqanlarının korrupsiyaya qarşı mübarizədə əməkdaşlığına dair Məkkə konvensiyasına qoşulmağı planlaşdırır.

Asayis.az xəbər verir ki, bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasında bildirib.

10:46 - 28 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin