“Starlink” işləmədi, Ukrayna əməliyyatları dayandırdı

 “Starlink” işləmədi, Ukrayna əməliyyatları dayandırdı

"Starlink" məhdudiyyətləri səbəbindən Ukrayna ordusu döyüş tapşırıqlarını ləğv etmək məcburiyyətində qalıb. Yüksək sürətli “Middle Strike” dronlarının buraxılışı isə faktiki olaraq qeyri-mümkündür.

Asayis.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Desant-Hücum Qoşunlarının 7-ci korpusundan məlumat verilib.

Məlumata görə, problemlər “Starlink”in hərbi versiyası olan “Starshield”ə təsir göstərib.

Hərbçilər bildirir ki, dronlar uçuşu davam etdirsə də, operatorlar onları idarə etmək imkanını müvəqqəti itirirlər:

“Bu, xüsusilə yüksək sürətli zərbə PUA-ları (o cümlədən “Middle Strike”) üçün kritik əhəmiyyət daşıyır. Sürətin azaldılması da çıxış yolu deyil, çünki daha yavaş hərəkət edən PUA-lar Rusiya hava hücumundan müdafiə sistemləri qarşısında daha həssas olur”.

Qeyd olunub ki, Qulyaypol istiqamətində pilotsuz sistem bölmələrindən biri bəzi döyüş tapşırıqlarını ləğv etmək məcburiyyətində qalıb.

13:04 - 14 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin