Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir

 Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir

Oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Bu barədə Asayis.az-a səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, bu zaman "Koroğlu" stansiyasında əlavə işçi qüvvəsi cəlb olunacaq və nəzarət gücləndiriləcək.

Eyni zamanda qatarların hərəkəti gün ərzində payız-qış qrafikinə uyğun təşkil ediləcək:

“Oyun başa çatdıqdan sonra ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafiki dəyişdirilməyəcək”, - məlumatda bildirilib.

12:38 - 13 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin