Məktəb direktorunun maşınını yandıran şəxs həbs edildi

 Məktəb direktorunun maşınını yandıran şəxs həbs edildi

Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib.

Bu barədə Asayis.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 12-də paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus "Kia" markalı avtomobilin yandırılması faktı araşdırılıb.

Polis tərəfindən keçirilən tədbirlərlə avtomobili yandıran, əvvəllər məhkum olunmuş Fuad İbrahimov müəyyən olunaraq həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

15:40 - 13 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin