Aeroport yolunda qəza: tıxac yarandı - Foto

 Aeroport yolunda qəza: tıxac yarandı - Foto

Paytaxtın Sabunçu rayonu, Aeroport şosesində baş verən yol-nəqliyyat hadisəsi səbəbində "Koroğlu" metrostansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

Asayis.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

09:08 - 13 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin