Bakıda ağır qəza: 2 nəfər öldü

 Bakıda ağır qəza: 2 nəfər öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volksvagen" markalı avtomobilin idarəetməsini itirib və nəqliyyat vasitəsi aşıb.

Hadisə nəticəsində sürücü və sərnişini 1980-ci il təvəllüdlü Təbriz Namiq oğlu Əliyev hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

14:42 - 14 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin