İranın iki əyalətində mülki şəxslər güllələndi

 İranın iki əyalətində mülki şəxslər güllələndi

İran polisi Sistan və Bəlucistan və Xuzistan əyalətlərində üç mülki şəxsə atəş açaraq öldürüb.

Asayis.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Məlumata görə, Sistan və Bəlucistan əyalətinin Zahidan rayonunda 22 yaşlı Məhəmməd Rigi və 23 yaşlı Əziz Rigi öldürülb.

Xuzistanın Əhvaz şəhərində isə Əli Zuğeybu adlı gənc polislərin atəşi nəticəsində həyatını itirib.

Hadisələrin təfərrüatı və səbəbi barədə məlumat verilməyib.

17:54 - 13 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin