Bu ərazidə su təminatı bir günə həll edildi

 Bu ərazidə su təminatı bir günə həll edildi

Bakının Səbail rayonunda su təminatı bir gün ərzində bərpa edilib.

Bu barədə Asayis.az-a İri Şəhərlərin Su Təchizatı QSC-dən məlumat verilib.

Bildirilib ki, magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində oktyabrın 12-də gecə saatlarında Səbail rayonunun bəzi ərazilərinin su təminatında gün ərzində yaranan müvəqqəti fasilə səhər saatlarından aradan qaldırılıb.

Qeyd edilib ki, hazırda abonentlərin su təminatı əvvəlki rejimlə icra olunur.

13:38 - 13 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin