Yeni xidmət haqları vətəndaşlara şamil deyil – Rəsmi

 Yeni xidmət haqları vətəndaşlara şamil deyil – Rəsmi

Azərbaycan Mərkəzi Bankının təsdiq etdiyi Banklararası Kart Mərkəzi (BKM) üzrə tariflər yalnız infrastruktura daxil olan iştirakçılara (banklar və ödəniş təşkilatlarına) tətbiq edilən komissiyalardır.

Asayis.az xəbər verir ki, bunu AMB bəyan edib.

"Bu komissiyalar BKM sistemində emal olunan əməliyyatlara görə bilavasitə iştirakçı institutlardan tutulacaq və son istifadəçilərə (vətəndaşlara) bilavasitə şamil olunmur", - açıqlamada qeyd olunub.

12:56 - 14 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin