Bakı Limanında 100 000 TEU həcmində konteyner daşındı

 Bakı Limanında 100 000 TEU həcmində konteyner daşındı

2026-cı ilin yanvar-sentyabr aylarında Bakı Limanında təxminən 100 000 TEU həcmində konteyner daşınması həyata keçirilib.

ADY-dən Asayis.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə (77 300 TEU) müqayisədə təxminən 30% artım və növbəti rekord göstəricidir.

Analoji dövrdə limanda aşırılmış ümumi yük həcmi 4% artaraq 6.35 milyon tona, quru yük həcmi isə 71% artımla 1.75 milyon tona çatıb.

10:38 - 14 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin