Bakıda ağır qəza: ölən var

 Bakıda ağır qəza: ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu Qala-Şüvəlan yolunda qeydə alınıb.

Cəmil Nurulla oğlu Behbudov idarə etdiyi "Mersedes-Benz" markalı avtomobillə hərəkətdə olarkən yolun qarşı tərəfindən gələn Vüqar İlqar oğlu Əşrəfzadənin idarə etdiyi motosikletlə toqquşub.

Hadisə nəticəsində V.Əşrəfzadə aldığı xəsarətlərdən ölüb.

Fakt üzrə cinayət işi başlanılıb.

10:12 - 20 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin