Bakıda sürücülər arasında gərginlik qəzaya səbəb oldu - Video

 Bakıda sürücülər arasında gərginlik qəzaya səbəb oldu - Video

Bakıda yol hərəkəti zamanı sürücülər arasında gərginlik qəzaya səbəb olub.

Asayis.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Məlumata görə, hərəkət zamanı soldakı avtomobil digər nəqliyyat vasitəsinə yol verməyib. Bu zaman sağ zolaqda hərəkət edən sürücü əsəbiləşərək sürəti artırıb və irəlidə dayanan "Mersedes" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib.

13:40 - 19 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin