Bakının mərkəzində - Şəmsi Bədəlbəyli küçəsində tarixi arxitektur binaya əlavə eyvan quraşdırıldığı iddia olunur.
Asayis.az Yenisabah.az-a istinadən xəbər verir ki, bina Heydər Əliyev Sarayının yaxınlığında yerləşir.
Xüsusi texnika vasitəsilə binanın yuxarı hissəsində artırma işləri aparılır. Bunun üçün əraziyə avtokran tipli qaldırıcı qurğu gətirilib.
Yaşayış binasının fasad və yuxarı hissəsində metal karkas quraşdırılıb.
