Həcc ziyarətinə getmək istəyən azərbaycanlıların diqqətinə!

 Həcc ziyarətinə getmək istəyən azərbaycanlıların diqqətinə!

Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən ayrılmış kvota yeri dolub.

Asayis.az xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

QMİ rəsmisi vurğulayıb ki, Həcc üçün qurum 1150 kvota yeri ayırıb.

O qeyd edib ki, Həcc ziyarətinə yollanan azərbaycanlı zəvvarların ilk təyyarəsi mayın 17-də uçacaq. İlk zəvvar qrupu 180 nəfərdən ibarət olacaq.

18:52 - 17 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin