Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib.
Asayis.az xəbər verir ki, bu barədə APA-ya Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Bildirilib ki, o, səhhətində yaranan vəziyyətlə əlaqədar öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılıb.
