İnzibati məhkəmələrdə hansı iddia növü seçilməlidir? - Video

 İnzibati məhkəmələrdə hansı iddia növü seçilməlidir? - Video

İnzibati məhkəmə icraatında mübahisələr mülki prosesdən fərqli olaraq, iddia növləri üzrə araşdırılır. Bunun səbəbi publik hüquq münasibətlərindən irəli gələn mübahisələrin müxtəlif hüquqi nəticələr doğurmasıdır. Praktikada əsasən mübahisələndirmə, məcburetmə, öhdəliyin icrası, müəyyən etmə və tanınma iddialarına baxılır.

Asayis.az xəbər verir ki, artıq icra olunmuş inzibati aktlara münasibətdə onların qanunsuz sayılması tələb olunur, icrası davam edən və ya başa çatmamış aktlar isə mübahisələndirmə qaydasında ləğv edilir. İnzibati aktın etibarsız sayılması isə yalnız qanunla müəyyən edilmiş məhdud hallarda mümkündür və məhkəmənin yoxlama səlahiyyəti bu çərçivə ilə məhdudlaşır.

Mübahisələndirmə iddialarında isə inzibati akt həm maddi, həm də prosessual baxımdan daha geniş şəkildə yoxlanılır. Bundan əlavə, bu iddia növü üzrə 30 günlük müraciət müddəti tətbiq edilir, etibarsızlıq iddialarında isə belə müddət nəzərdə tutulmur.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Elvin Əliyev bu məsələləri Real TV də yayımlanan "Femida vaxtı" verilişində izah edib.

Onun məsələ ilə bağlı ətraflı izahını təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

21:04 - 17 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin