Abşeron rayonu, Xırdalan şəhərində qətl hadisəsi qeydə alınıb.
Asayis.az Report-a istinadla xəbər verir ki, hadisə "Kristal Abşeron 1" yaşayış kompleksində baş verib.
İlkin məlumata görə, binada yaşayan Ruhin Əliyev qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü N.Nəbiyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
