Naxçıvanda da buraxılış imtahanları keçirildi

 Naxçıvanda da buraxılış imtahanları keçirildi

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən muxtar respublikanın bütün ümumi təhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib.

Asayis.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının bütün bölgələrini əhatə etməklə 24 binada keçirilən imtahanlara, ümumilikdə, 5589 şagird iştirak edib.

Qeyd edək ki, imtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

14:20 - 19 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin