Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Ölkənin avtomobil yollarında vəziyyət açıqlanıb.

Asayis.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, martın 24-ü bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

20:30 - 23 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin