Bu küçədə təmir işləri nə vaxt bitəcək? - Açıqlama

 Bu küçədə təmir işləri nə vaxt bitəcək? - Açıqlama

Süleyman Sani Axundov küçəsində təmir işləri davam etdirilir. Sentyabrın 29-u səhər saatlarından etibarən ərazidə təmirə başlanılıb və hazırda asfaltlanma işləri aparılır.

Bu sözləri Asayis.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Anar Nəcəfli bildirib.

“Küçənin bir hissəsində asfaltlanma işlərinin bu gün ərzində yekunlaşdırılması nəzərdə tutulur. Digər hissədə isə kommunikasiya xəttində yaranmış problemlə əlaqədar aidiyyəti qurum tərəfindən təmir-bərpa işləri həyata keçirilir.

Kommunikasiya xəttində aparılan işlər yekunlaşdırıldıqdan sonra həmin hissədə də Agentlik tərəfindən asfaltlanma işləri görüləcək və bununla da küçədə nəzərdə tutulan təmir işləri tam başa çatdırılacaq”, - o bildirib.

14:30 - 1 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin