Bakıda kişi pilləkənlərdən yıxılıb öldü

 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü

Bakıda kişi faciəvi şəkildə ölüb.

Asayis.az xəbər verir ki, hadisə Yasamal rayonu, H.B.Zərdabi prospektində qeydə alınıb.

67 yaşlı Ceyhun Kamal oğlu Ağamaliyev binanın dəhlizində halı pisləşərək, pilləkənlərdən yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.

14:40 - 2 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin