Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur.
Asayis.az Xəzər TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağına səbəb olan bina ilə bağlı müxtəlif ehtimallar səsləndirilir.
Maraqlıdır ki, binada yaşayış olmasa da, aşağı mərtəbələrdə müxtəlif obyektlər fəaliyyət göstərir.
