Türkiyədə Manisanın Soma bölgəsində özəl mədən çöküb.
Asayis.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 7 mədənçi dağıntılar altında qalıb.
Onlardan ikisi xilas edilib, qalan 5 mədənçi üçün xilasetmə işləri davam edir.
Qeyd edək ki, 13 may 2014-cü ildə Soma bölgəsindəki kömür mədənində baş verən yanğın nəticəsində 301 mədənçi həlak olmuşdu.
