“Mersedes” VAZ-la toqquşdu: ölən var

 “Mersedes” VAZ-la toqquşdu: ölən var

Beyləqanda ölümlə nəticələnən yol qəzası olub.

Asayis.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 130-cu kilometrliyində qeydə alınıb.

Manaf Yaqub oğlu Qurbanovun idarə etdiyi VAZ-2107 markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan Aqşin Vilayət oğlu Abdullayevin idarə etdiyi “Mersedes E klass” markalı avtomobil toqquşub.

Nəticədə M. Qurbanov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

09:50 - 2 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin