Tovuzda ev yandı: 45 yaşlı qadın öldü

 Tovuzda ev yandı: 45 yaşlı qadın öldü

Tovuzda yanğın hadisəsi baş verib.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.

Belə ki, qəsəbə ərazisində yerləşən fərdi yaşayış evlərinin birində anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.

Yanğın qısa müddətdə ərzində yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın nəticəsində evdə olan 1981-ci il təvəllüdlü N. Hüseynova ağır yanıq xəsarətləri alıb.

Qadın FHN əməkdaşları tərəfindən evdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən 45 yaşlı qadın həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

09:10 - 3 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin