Abbas Abbasov Azərbaycanda dəfn edildi

 Abbas Abbasov Azərbaycanda dəfn edildi

Sentyabrın 27-də Kiyev şəhərinə dron hücumu nəticəsində həlak olan 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasovun cənazəsi Azərbaycana gətirilib.

Asayis.az APA-ya istinadla xəbər verir ki, mərhum Kürdəmir rayonunun Pirəköçəli kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski X sosial şəbəkəsində Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlər arasında Azərbaycan vətəndaşının olduğu ilə bağlı məlumat paylaşmışdı.

10:12 - 2 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin